VAR sistemi ilə bağlı tarixi qərar qəbul edilib

A- A A+

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.

Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.

Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bunun qadınlar arasında mundialda da sınaqdan keçirilməsi planlaşdırılır.

IFAB oyunlar zamanı itirilmiş vaxtı kompensiyaya etmək üçün basketboldakı qaydanın (vaxtın dayandırılması) tətbiqinə isə qarşı çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: