Dünyada XXI əsrin bombardirləri açıqlanıb

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun saytına istinadən xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kriştianu Ronaldu başçılıq edir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu XXI əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: