Azərbaycanlı hakim Avropa çempionatının final oyununa təyinat alıb

A- A A+

Azərbaycanlı hakim Rza Məmmədov İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb.

NUHÇIXAN-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referisinin köməkçisi D qrupunun Serbiya - Almaniya oyununda yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Harvey olacaq.

Qeyd edək ki, Serbiya - Almaniya matçı mayın 8-i Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsinə mayın 20-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: