Karateçilərimiz “Arpachay Open” beynəlxalq turnirində 12 medal qazandı - FOTOLAR

A- A A+

Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VII “Arpachay Open” beynəlxalq karate turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə,  turnirdə  iştirak edən Naxçıvan idmançıları  yarışı 4 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıblar.

Təmsilçilərimizdən ən yaxşı nəticə 10-11 yaşlılar arasında çıxış edən Nizami Orucova məxsusdur. O, iki fərqli çəki dərəcəsində də (30 kq, 35 kq)  qızıl medal qazanıb. Yusif Orucov bir qızıl və bir gümüş, Xədicə Bayramova bir qızıl medal əldə ediblər. Həşim Nağızadə ikinci, Saleh Qənbərov, Aysu Abbasova, Uğur Zeynallı, Məlahət Həşimli, Yusif Tağıyev və Elton Həsənov üçüncü olublar.

Turnir çərçivəsində kata və kumite turnirlərində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər, eləcə də böyüklər və veteranlar mübarizə aparıb, həmçinin karateçilər fərdi və komanda çıxışlarında iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: