“Çelsi”nin transferi sürət rekordu qırıb

191

"Çelsi"nin futbolçusu Mixail Mudrik "Liverpul"la qolsuz bərabərə qaldıqları İngiltərə Premyer Liqasının XXI tur oyununda sürət rekordu qırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 22 yaşlı ukraynalı yarımmüdafiəçi saatda 36,63 km sürətlə qaçıb.

Bundan əvvəl İngiltərə çempionatında ən sürətli oyunçu saatda 36,61 km göstərici ilə Entoni Qordon sayılırdı. Darvin Nunyes (36,53 km), Erlinq Holann (36,22 km) və Denis Zakariya (36,09 km) növbəti yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, Mixail Mudrik “Çelsi”yə qış fasiləsində 70+30 milyon avro müqabilində Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: