UEFA “Çelsi”yə görə maliyyə qaydalarını dəyişəcək

A- A A+

UEFA İngiltərənin “Çelsi” futbol klubuna görə maliyyə qaydalarında dəyişiklik edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi “BBC Sport”a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu “zadəganlar”ın oyunçularla uzunmüddətli müqavilələr imzalamaq tendensiyasına cavab olaraq maliyyə “fair play” qaydalarını dəyişdirəcək.

Oyunçuların transfer haqqı müqavilənin müddətinə əsasən göstəriləcək. Belə ki, 100 milyon avro dəyəri olan “Çelsi”nin yeni transferi Mixayil Mudrikin 8 il yarımlıq müqaviləsi illik 12 milyon avro olaraq qiymətləndiriləcək.

Maliyyə qaydalarına edilən dəyişiklik yayda qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: