İngiltərənin “Fulhem” klubu “Çelsi”yə qarşı matçda futbolçularının davranışına görə 27 min 500 funt sterlinq məbləğində cərimələnib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fulhem”in oyunçuları sözügedən matçın 57-ci dəqiqəsində “Çelsi”nin yeni transferi Jao Feliksin qayda pozuntusuna sərt etirazlarını bildiriblər. Futbolçuların nizam-intizam qaydalarını pozması səbəbindən yerli futbol assosiasiyası klubu məhkəmə qərarı əsasında cərimələyib.
Qeyd edək ki, sözügedən matçda Jao Feliks kobud oyundan sonra debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulub.