Əcnəbi tələbələr Şahbuzun turizm imkanları ilə tanış olublar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri üçün Şahbuz rayonunda yerləşən turizm əhəmiyyətli məkanlara ekskursiya təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ekskursiya çərçivəsində tələbələr Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat Astrofizika Rəsədxanasında olublar.

Gənclər buz örtüyünə bürünən məşhur Batabat gölü və Ağbulaq İstirahət Mərkəzinə də ekskursiya ediblər. Xizək Mərkəzində kanat gəzintisinə qoşulan tələbələr sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.

Ekskursiyada 20 tələbə iştirak edib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: