Bakının “Neftçi” klubu yeni futbolçu transfer edib.
Klubun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı təmsilçisi braziliyalı Mateus Saldanya ilə müqavilə imzalayıb.
Oyunçunun son klubu Yaponiyanın “Cef Yunayted Çiba” komandası olub. O, Yaponiya liqasında keçirdiyi 47 oyunda 4 qola imza atıb.