Rekord məbləğdə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan portuqaliyalı futbolçu Kriştiano Ronaldo komandanın heyətində ilk titulunu qazanmaq üçün vacib oyuna çıxacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 37 yaşlı hücumçu Səudiyyə Ərəbistanı Superkuboku uğrunda bu gün yarımfinal matçında meydanda olacaq.
“Əl İttihad” komandasına qarşı keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, 200 milyon avroya “Əl Nəsr” klubuna transfer olunan Ronaldo ilk rəsmi matçını Səudiyyə Ərəbistanı çempionatında “Əl İttifaq” komandasına qarşı keçirib. Matçda kapitan sarğısı ilə meydana çıxan Ronaldonun komandası 1:0 hesabı ilə qələbə qazanıb.