Şahmat üzrə Azərbaycan çempionu tay-brekdə bəlli olacaq

A- A A+

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə heç-heçə edib.

Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyundan ibarət rapiddə yarışacaqlar. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: