"Qarabağ"ın hücumçusunun Macarıstana yollanacağı tarix bəlli olub

A- A A+

"Qarabağ"ın futbolçusu Kvabena Ovusunun "Ferentsvaroş"la müqavilə imzalamaq üçün Macarıstana yollanacağı tarix bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qanalı hücumçu bu gün və ya sabah Budapeştə yola düşəcək.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. 26 yaşlı forvardın tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Daha əvvəl Macarıstan mətbuatı "köhlən atlar"ın afrikalı oyunçu üçün 300 000 avro təzminat tələb etdiyini yazıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: