Cüdoçumuz Rüstəm Orucov Qran-pri turnirində iştirak etməyəcək

A- A A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində iştirak etməyəcək.

Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən, tatamiyə çıxmayacaq.

Yarışdan əvvəl hərarəti 38 dərəcədən yuxarı olan R.Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: