Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq

A- A A+

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: