Futzal üzrə Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib

A- A A+

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb. Bunadək Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.

Əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki oyunda məğlub edən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa–Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Oyunda komandamıza heç-heçə də sərf edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: