“Montsa” klubu 93 il sonra ilkə imza atıb

A- A A+

İtaliya A Seriyasının XX turunda “Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, A Seriyasında cari mövsümdən mübarizə aparan “Montsa” bu qələbə ilə 93 il sonra ilkə imza atıb. Belə ki, komanda son 93 ildə Turin təmsilçisinə qarşı keçirdiyi ilk iki matçdan qələbə ilə ayrılan yeganə kollektivdir. Bunu sonuncu dəfə 1930-cu ildə “İnter” bacarmışdı.

Xatırladaq ki, “Yuventus” ilk dövrədə “Montsa”ya səfərdə də 0:1 hesabı ilə uduzmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: