Naxçıvan atletləri ölkə çempionatını yüksək nəticə ilə tamamlayıb - FOTOLAR

A- A A+

Bakı şəhərində atletika üzrə 39-cu Qış Azərbaycan Çempionatı keçirilib.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Respublika Olimpiya Mərkəzində reallaşan yarışda Naxçıvan Atletika Federasiyasının üç idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib. 

Ölkə və beynəlxalq miqyaslı yarış təcrübəsi olan Əmrah Nağıyev 1500 və 3000 metr məsafələrə qaçış yarışlarında finişə birinci çataraq hər iki məsafə üzrə qızıl medala layiq görülüb.

Son ölkə birinciliklərinin altıqat qalibi Aysu Abbasova isə 1500 metr məsafədə ikinci, 3000 metr məsafədə isə üçüncü olub. 

İlk üç yerin sahibləri diplom və medalla təltif ediliblər.

İdmançılar 60, 200, 400, 800, 1500, 3000 metr məsafələrə qaçış, 4x200 metr estafet qaçışı, üçtəkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışıblar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: