"Qalatasaray" Türkiyə millisinin üzvünü icarəyə götürüb

A- A A+

"Qalatasaray" Türkiyə millisinin və İtaliyanın "Sassuolo" komandasının futbolçusu Kaan Ayhanı icarəyə götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək. "Sarı-qırmızılılar" bunun üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.

Klub yayda təcrübəli oyunçunu 2,8 milyon avro təzminat qarşılığında birdəfəlik transfer etmək hüququna da sahib çıxıb.

Qeyd edək ki, Kaan Ayhan daha əvvəl Almaniyanın "Şalke", "Ayntraxt" və "Fortuna" komandalarında da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: