Rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb

A- A A+

Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun Ağdamın “Qarabağ” komandasına keçidi baş tutmayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel Rusiyanın “Championat” nəşrinə açıqlamasında bildirib.

O, Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.

Xatırladaq ki, “Qarabağ" əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra yeni qolkiper axtarışındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: