Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb

A- A A+

Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.

NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, Limassol təmsilçisi serbiyalı qolkiperini "köhlən atlar"a satmaqdan imtina edib.

31 yaşlı çərçivə qoruyucusunun "Apollon"la 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i rusiyalı qapıçısı Andrey Lunyovu, Kipr "Aris"i isə braziliyalı qolkiperi Vana Alvesi "Qarabağ"a satmağa razılaşmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: