Güney Azərbaycanın “Traktorsazi” futbol klubu İsfahanın “Foulad” (“Polad”) komandası ilə oyunun biletlərinin satışından əldə olunan gəliri Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Təbriz klubundan bildirilib.
Futbol matçı fevralın 1-də yerli vaxtla saat 14.00-da Təbrizdə keçiriləcək.
Xatırladaq ki, yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 500-dən artıq yaşayış binası dağılıb, ölənlər və yaralananlar var.