"Zaqreb Open": Hacı Əliyev gümüş medal qazanıb

A- A A+

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open"də final görüşünə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: