UEFA Gənclər Liqası turnirində iştirak edən “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün cavab oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz Tiraspol şəhərində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.
“Şerif kiçik Arena”da keçiriləcək oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Timozeos Kristofiyə olacaq. Ona Georgios Savva və Andreas Mikaelides kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı İon Orlik yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.