Novak Cokoviç ABŞ-da keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək

A- A A+

Karyerasında 10-cu dəfə “Australian Open” turnirinin qalibi olan Novak Cokoviç ardıcıl ikinci mövsüm İndian-Uells və Mayamidə keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, buna tennisçinin vaksinasiya sertifikatını almaması səbəb olub.

ABŞ qanunlarına görə, koronavirus əleyhinə peyvənd olunmayanlar mayın 11-dək bu ölkəyə səfər edə bilməzlər. Buna baxmayaraq, serbiyalı raketka ustası “US Open”ə qatıla biləcək. Həmin turnir isə avqustun sonlarında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: