Naxçıvanda tələbələrin “Qış məktəbi”nə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları şurasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “Qış məktəbi”nin açılış tədbirində Naxçıvan Muxtar Respublikasının  gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev gənclərlə görüşüblər.
Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək, layihələrin hazırlanması və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Düşərgə müddətində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda seminar, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti mövzusunda “Nə? Harada? Nə zaman?”  və  “Vətəni tanı!” intellektual oyunları, bədii yaradıcılıq gecəsi, tanışlıq və diskussiya xarakterli görüş keçirilib. Həmçinin gənclər Heydər Əliyev irsi ilə bağlı filmə baxıblar.

Qış məktəbi çərçivəsində tələbələrlə Vətən müharibəsi iştirakçılarının görüşü də təşkil olunub. Hərbi qulluqçular odlu və soyuq silahlardan özünü müdafiə fəndlərini nümayiş etdiriblər. “Qış məktəbi” çərçivəsində  keçirilən təlim və yarışlarda fərqlənən komandalar sertifikatla təltif olunublar.

Qeyd edək ki, gənclərin istirahətini səmərəli təşkil etmək və onların şəxsi inkişafını sürətləndirmək məqsədilə təşkil olunan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla ümumilikdə 54 nəfər iştirak edib. 

Gənclərin “Qış məktəbi” fevralın sonunadək davam etdiriləcək.                                   

Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: