Gənclər Günü münasibətilə konsert proqramı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.
Gəncləri təbrik edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı muxtar respublikada gənclər və idman sahəsində qazanılan uğurlardan bəhs edib. Qeyd olunub ki, muxtar respublika gəncləri ölkəmizin və dünyanın müxtəlif arenalarında uğurla çıxış edirlər. 2022-ci ildə idmançılarımız ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya kubokunda 2 medal olmaqla 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i bürüncdür.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin konsert proqramı ilə davam edib.
Adilə Səfərova