Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

A- A A+

Bu gün Azərbaycanın üç cüdoçusu Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. Yaşar Nəcəfov (66 kq) eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq. Nurlan Osmanov (73 kq) 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Fevralın 5-də yekun vurulacaq turnirdə 85 ölkədən 535 idmançı iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: