FIFA “Barselona”ya Xulian Arauxonu transfer etməyə icazə verməyib

A- A A+

FIFA “Barselona” klubuna “Los-Anceles Qalaksi”nin müdafiəçisi Xulian Arauxonu transfer etməyə icazə verməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Kataloniya klubu futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqaviləni razılaşdırıb. Lakin “Barselona” müdafiəçini FIFA-dan qeydiyyatdan keçirə bilməyib. Buna qeydiyyat prosesinin başa çatması və klubun 18 saniyə gecikməsi səbəb olub.

Kataloniya təmsilçisi müqaviləni imzalamaq üçün FIFA-ya müraciət etsə də, ali futbol qurumu sağ cinah müdafiəçisinin transferinin hazırkı qaydalara uyğun olaraq tamamlanmadığını qeyd edib.

İyirmi bir yaşlı meksikalı futbolçu ötən mövsüm “Los-Anceles Qalaksi”də keçirdiyi 40 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: