Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

A- A A+

On doqquz yaşadək futzalçılar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Baş məşqçi Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: