İstanbulda keçirilməsi planlaşdırılan atletika üzrə qış Balkan çempionatı ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, buna Türkiyədə baş vermiş dəhşətli zəlzələ səbəb olub. Yarış fevralın 11-də keçirilməli idi.
Qış Balkan çempionatında Azərbaycan atletlərinin də iştirakı nəzərdə tutulmuşdu.
Daha əvvəl taekvondo üzrə açıq Türkiyə çempionatı ləğv olunub. Bu səbəbdən Azərbaycan millisi yaxın günlərdə Bakıya qayıdacaq.