Qadın şahmatçılar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

A- A A+

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında bu gün V turun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, növbəti yarış günündə daha beş qarşılaşma baş tutacaq.

Xanım Balacayeva Nurtan Nuriyeva ilə, Zeynəb Məmmədyarova Ləman Hacıyeva ilə, Səbinə İbrahimova Türkan Məmmədyarova ilə, Nərmin Abdinova Xəyalə Abdulla ilə, Gövhər Beydullayeva isə Gülnar Məmmədova ilə üz-üzə gələcək.

3,5 xalla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edəcək. Balacayeva və Türkan Məmmədyarova 2,5 xalla 2-3-cü yerləri bölüşdürür.

Beydullayeva, Zeynəb Məmmədyarova və Məmmədovanın 2, İbrahimova və Xəyalə Abdullanın 1,5, Abdinova ilə Hacıyevanın 1, sonuncu - 11-ci sıradakı Nuriyevanın isə 0,5 xalı var.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: