"Araz-Naxçıvan" səfərdə "Qarabağ-2"ni məğlub edib

A- A A+

Futbol üzrə Azərbaycan I Divizionunun XVI turu çərçivəsində “Araz-Naxçıvan” bu gün "Qarabağ-2"nin qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən görüşdə oyuna fəal başlayan ev sahibi “Qarabağ-2” 13-cü dəqiqədə hesabı açıb. Bundan sonra qarşılıqlı hücumlara baxmayaraq, ilk hissədə hesab dəyişməyib.

Oyunun ikinci hissəsində təşəbbüsə yiyələnən “Araz-Naxçıvan” 63-cü dəqiqədə çempionatın ən sərrast futbolçusu Orxan Əliyevlə hesaba tarazlıq gətirib: 1-1.

Qoldan 7 dəqiqə sonra ev sahibi yenidən mərkəzə dəvət edilib. Orxan Əliyev dubl edərək “qırmızı-ağlar”ı sevindirib: 2-1.

Görüş bu hesabla başa çatıb və çempionatın lideri “Araz-Naxçıvan” öz mövqeyini daha da möhkəmləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: