Futzal çempionatlarında oyunlar bir dəqiqəlik sükutla başlayacaq

A- A A+

Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, “Olimpik Star”da keçiriləcək.

Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bu turnirlərdə bir dəqiqəlik sükutla anılacaq. Matçlar fevralın 9-10-da və 12-də baş tutacaq.

Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: