Kriştianu Ronaldunun poker etdiyi oyunların siyahısı açıqlanıb

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun karyerası ərzində 4 və daha çox qol vurduğu oyunların siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu indiyə qədər 11 dəfə pokerə imza atıb.

Ronaldu bunların ikisində rəqib qapılarından 5 top keçirməklə penta-trik müəllifi olub.

Qeyd edək ki, Ronaldu son pokerini fevralın 9-da Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vahda” ilə görüşdə edib. Portuqaliyalı karyerası ərzində milli çempionatlarda vurduğu ümumi qol sayını isə 503-ə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: