Türkiyənin "Yeni Malatyaspor" klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.
O bildirib ki, Malatya təmsilçisindən sonra "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.
Daha əvvəl "Hatayspor" bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 19 388 nəfər ölüb, 77 711 nəfər isə yaralanıb.