“Qarabağ” Avropada məğlub olmayan 3 komandadan biridir

A- A A+

Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 3 klubun olduğu cədvəldə “Qarabağ” da yer alıb.

“Köhlən atlar” son olaraq Premyer Liqanın XXII turunda “Sabah”la qollu bərabərə qalıb – 1:1. Azərbaycan çempionu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı və Lüksemburq “Svift Hesperange”si də cari mövsüm ölkə çempionatında yenilgi üzü görməyiblər. Bu komandalar arasında ən çox oyunu “Qarabağ” keçirib.

Son olaraq Uelsin TNS klubu 23-cü liqa matçında məğlubiyyətlə üzləşərək, siyahıdan kənarda qalıb.

1. “Qarabağ” (22 oyun): 18 qələbə, 4 heç-heçə

2. “Srvena Zvezda” (Serbiya – 21 oyun): 18 qələbə, 3 heç-heçə

3. “Svift Hesperange” (Lüksemburq – 16 oyun) - 14 qələbə, 2 heç-heçə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: