PSJ Neymarı satmaq istəyir

A- A A+

Fransanın PSJ klubu Braziliya millisinin futbolçusu Neymarla yollarını ayırmaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer dönəmində 31 yaşlı hücumçunu satmaq niyyətindədir.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında PSJ-yə keçib. Onun ölkə çempionu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Forvard cari mövsüm 27 matçda meydanda olub, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: