2023-cü ilin dekabrında keçiriləcək futbol üzrə klublararası dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkə XXI əsrdə ilk dəfə irimiqyaslı turnirə ev sahibliyi edəcək.
Səudiyyə Ərəbistanı 2030-cu ildə baş tutacaq dünya çempionatını da keçirmək niyyətindədir. Ölkə rəhbərliyi Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.