Bakının “Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi “Marcouno Esporte” nəşrinə istinadən xəbər verir ki, Gilyerme Pato tezliklə komandanı tərk edəcək.
Braziliya KİV-i 22 yaşlı hücumameyilli oyunçunun “Fiqueyrense” klubuna keçəcəyini iddia edib.
Qeyd edək ki, Gilyermo Pato cari mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub. Futbolçu 2023-cü ildə heç bir matçda iştirak etməyib.