Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 16-da Yüksək Liqada üçüncü dövrə çərçivəsində iki matç keçiriləcək.
Səkkizinci turun ilk qarşılaşmasında “Abşeron” klubu “Azərreyl”i sınağa çəkəcək. Matç saat 16:00-da başlayacaq. Ardınca saat 18:00-da UNEC - “Murov” oyunu baş tutacaq.
Hər iki görüş Voleybol Mərkəzində oynanılacaq.