Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

A- A A+

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən “World Athletics Indoor Tour” (Silver Level) turnirində gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançı 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: