Azərbaycan cüdoçuları Təl-Əvivdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

A- A A+

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq.

Azərbaycan milli komandası turnirdə yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: