Azərbaycan güləşçisi İslam Abbasov Budapeştdə keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/4 finalda Belarus təmsilçisi Radik Quliyevə qalib gəlib. Yarımfinalda İ.Abbasovun rəqibi ukraynalı Jan Belenyuk olacaq.
16:35
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçisi Kali Süleymanov ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçisi Karen Aslanyan ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçisi Denis Demyankovu da 7:3 hesabı ilə üstələyib. Dörddəbir final mərhələsində Azərbaycan təmsilçisinin rəqibi rusiyalı Artyom Surkov olacaq.
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) 1/16 finalda yamaykalı rəqibi Lesyan Kusin Otomuya (5:2) qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarı Dimitrios Tsekeridisə (11:2) heç bir şans tanımayıb. Dörddəbir finalda İslam Abbasov Belarus pəhləvanı Radik Quliyev ilə qarşılaşacaq.