Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək

A- A A+

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşlərdən biri Qəbələdə, digəri Bakıda olacaq.

Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Hazırda Qəbələ komandası 28 xalla beşinci, Sumqayıt təmsilçisi isə 18 xalla yeddinci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında öz aralarında 41 oyun keçiriblər. Bunların 23-ü meydan sahiblərinin, 5-i qonaqların xeyrinə başa çatıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. “Qəbələ” son 5 oyunda qol vurub. “Sumqayıt” 6 matçdır qələbə qazanmır.

Günün digər matçı isə 45 xalla üçüncü yerdəki “Neftçi” ilə 16 xalla sonuncu olan “Səbail” arasında keçiriləcək.

İki komanda indiyədək Premyer Liqada 21 dəfə qarşılaşıb. Bunların 16-da paytaxt komandası, ikisində “Səbail” qələbə qazanıb. Üç matç isə heç-heçə ilə yekunlaşıb.

“Neftçi” son 10 görüşdə qalib gəlib. “Səbail” ardıcıl 14 qarşılaşmada qələbə qazana bilməyib.

Turun “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” matçları fevralın 19-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: