İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu günündə Azərbaycanın iki cüdoçusu finala vəsiqə qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev finalda niderlandlı cüdoçu Maykl Korrel ilə, Uşanqi Kokauri (+100 kq) isə monqolustanlı cüdoçu Tsetsentsenqel Odxu ilə qızıl medal uğrunda mübarizə aparacaq.
Doxsan kiloqram çəkidə Məmmədəli Mehdiyev braziliyalı cüdoçu Rafael Makedo ilə bürünc medal üçün gücünü sınayacaq.