NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qətərin ən böyük bankının sahibi olan Şeyx Cassim bin Həməd bin Cabir Al-Tani İngiltərə premyer-liqasının məşhur “Mançester Yunayted” klubunu almaq istəyir. Artıq rəsmi təklif də göndərən milyarder bildirib ki, onun məqsədi komandanın əvvəlki şöhrətini qaytarmaqdır.
“Daily Mail” qəzetinin yazdığına görə, Şeyx Cassim məktubunda ingilis klubunun səhmlərinin 100 faizini almaq istədiyini qeyd edib. Ötən həftə isə “Sportsmail” nəşri qətərli milyarderin niyyətini açıqlamışdı. Şeyx Cassim “Mançester Yunayted” ilə yanaşı, klubun stadionunu, habelə “Hayd Park”ın ətrafındakı mülk və otelləri də almaq istəyir. Onun bu təklifləri Londonda böyük rezonansa səbəb olub.
“Sky Sports News” xəbər verib ki, qətərli milyarderlə bərabər, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanından olan investorlar da “Mançester Yunayted” klubunu almaq istəyirlər. Amerikanın “Sir Jim Ratcliffe's INEOS” qrupu artıq rəsmi təklifini açıqlayıb.
Dünyanın ən varlı adamlarından biri olan İlon Mask isə hələ susqunluğunu qoruyub saxlayır və rəsmi təklif etməyib. Milyarder “Mançester Yunayted”i dəstəkləyir və özünün tvitter sosial media platformasında zarafatla yazıb ki, klub artıq ona məxsusdur.