İtaliya A Seriyası: Kriştiano Ronaldo "Yuventus"a qələbə qazandırıb

A- A A+

Oktyabrın 27-də İtaliya A Seriyasının onuncu turu start götürüb.

NUHÇIXAN xəbər verir ki, "Karlo Kastellani" stadionunda keçirilən qarşılaşmada son çempion "Yuventus" autsayder "Empoli" klubunun qonağı olub. Görüş "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb. Rəqib qapısına topu 28-ci dəqiqədə Francesko Kaputo vurub. Fasiləyə üstün yollanan "Empoli" qarşılaşmanın ikinci hissəsində qapısında iki qol görüb. Hər iki qolun müəllifi turinlilərin yeni transferi Kriştiano Ronaldo olub. Bu dubl sahəsində portuqaliyalı hücumçu İtaliya çempionatında qollarının sayını 7-yə çatdırıb. Ronaldo bombardirlərin siyahısında "Genoa"nın polşalı hücumçusu Kşiştof Piontekdən sonra ikinci yerdədir.

Beləliklə, "Yuventus" xalların sayini 28-ə çatdıraraq lider mövqeyini qoruyub. "Empoli" isə 6 xalla 18-ci yerdə qərarlaşıb.

Turun digər oyunları belə nəticələnib:

"Atalanta" - "Parma" - 3:0

"Torino" - "Fiorentino" - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: