Türkiyədə daha bir komanda zəlzələyə görə çempionatdan çıxıb

A- A A+

Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi "NTV Spor"a istinadən xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.

Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyarbekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: