Salah avrokuboklarda Cerrardın rekordunu qırıb

A- A A+

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının heyətində avrokuboklarda qolların sayına görə “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardın rekordunu qırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Real Madrid”ə qarşı oyunda misirli 42-ci qoluna imza atıb.

Beləliklə, 31 yaşlı forvard 41 qola sahib sabiq yarımmüdafiəçi S. Cerrardı geridə qoyub.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında İspaniyanın “Real Madrid” komandasına qarşı oynayan “Liverpul” öz meydanında 5:2 hesabı ilə məğlub olub. “Qırmızılar” oyunun ilk 14 dəqiqəsində “Kral klubu”nun torunu 2 dəfə silkləyə bilsə də, oyundakı üstünlüyünü qısa müddətdə itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: