Çempionlar Liqası: 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq

A- A A+

Fevralın 22-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün İngiltərə “Mançester Siti”si Almaniyada “Leyptsiq”in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.

Digər oyun isə İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçiriləcək. Matçın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərənin “Tottenhem”, Almaniyanın “Bavariya” klubu Fransanın PSJ, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" komandasına 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: